Site Reliability Engineer (SRE)

NBCO KredAqro

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-05
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

DevOps və ya Linux sistemlərinin administrasiyası sahəsində 3 il iş təcrübəsi olan, infrastrukturun və tətbiqlərin sabitliyinin, etibarlılığının və məhsuldarlığının təmin edilməsinə dəstək göstərəcək Site Reliability Engineer (SRE) axtarırıq.

Əsas vəzifələr:

  • Linux serverlərinin idarə edilməsi və texniki dəstəyinin təmin olunması.
  • Tətbiqlərin və infrastrukturun fasiləsiz və sabit fəaliyyətinin təmin edilməsi.
  • PostgreSQL ilə işləmək: monitorinq, texniki xidmət və yaranan problemlərin aradan qaldırılması.
  • Nginx və HAProxy-nin konfiqurasiyası və dəstəklənməsi.
  • Docker və virtuallaşdırılmış mühitlərlə işləmək.
  • Ansible və skriptlər vasitəsilə gündəlik işlərin avtomatlaşdırılması.
  • Grafana və Prometheus vasitəsilə monitorinq sistemlərinin qurulması və dəstəklənməsi.
  • CI/CD proseslərinin inkişafı və dəstəklənməsində iştirak.

Namizədə dair tələblər:

  • DevOps, SRE və ya Linux administrasiyası sahəsində ən azı 3 il iş təcrübəsi
  • Prometheus və Grafana ilə praktiki təcrübə: PromQL, exporter-lər, dashboard, alert qaydaları
  • Alertmanager ilə iş, düzgün alert strategiyası qurmaq bacarığı
  • Loglama sistemləri ilə təcrübə (Loki və ya ELK)
  • SRE prinsiplərini bilmək: SLI, SLO, error budget
  • İncident management, on-call və postmortem təcrübəsi
  • Linux üzrə dərin biliklər və troubleshooting: CPU, yaddaş, disk, şəbəkə
  • Şəbəkə bilikləri: Layer 3, 4, 6, 7
  • PostgreSQL ilə praktiki təcrübə: monitorinq, replikasiya, backup/restore, disaster recovery
  • Nginx, HAProxy vэ Traefik ilə təcrübə (reverse proxy, load balancing)
  • Docker və virtuallaşdırma texnologiyaları ilə praktiki təcrübə
  • Ansible ilə avtomatlaşdırma (playbook, role)
  • Bash və ya PowerShell ilə skript yazmaq
  • Git və CI/CD pipeline-ları ilə praktiki təcrübə
  • .NET tətbiqlərinin deployment prosesini anlamaq
  • Güclü analitik düşüncə və problemləri həll etmə bacarıqları

Əlavə üstünlük hesab olunur:

  • MS SQL Server ilə iş təcrübəsi.
  • PostgreSQL üzrə daha dərin biliklər, o cümlədən məhsuldarlığın optimallaşdırılması və problemlərin diaqnostikası bacarığı.
  • İnfrastrukturun avtomatlaşdırılması və tətbiqlərin yerləşdirilməsi proseslərinin optimallaşdırılması sahəsində təcrübə.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et