Marketinq meneceri
İMotors
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-11-27
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Namizədə olan tələblər:
- Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);
- Marketinq sahəsində ən azı 3 il iş təcrübəsi(Avtomobil sahəsində təcrübə üstünlükdür);
- Marketinq strategiyasının hazırlanması və icrası üzrə praktiki təcrübə;
- Rəqəmsal Marketinq alətləri üzrə bilik;
- Meta, Google, Tiktok, SEO və digər platformalarda işləmək bacarığı olmalı;
- Instagram, Facebook, TikTok, YouTube və digər sosial media platformalarının idarə olunması üzrə təcrübə;
- Kontent strategiyasının hazırlanması və kontent planının idarə edilməsi;
- Foto, video və reklam kontentinin hazırlanması prosesini düzgün yönləndirmək bacarığı;
- Azərbaycan və ingilis dillərini səlis bilməli(rus dili biliyi üstünlükdür);
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli.
Vəzifə öhdəlikləri:
- Şirkətin və təmsil etdiyi avtomobil markalarının illik və aylıq marketinq strategiyasını hazırlamaq və icra etmək;
- Marketinq planını satış hədəfləri ilə əlaqələndirmək;
- Yeni model və avtomobillərin bazara çıxarılması üçün launch kampaniyaları hazırlamaq və idarə etmək;
- Sosial media kanalları üçün aylıq və həftəlik kontent planı hazırlamaq;
- Reklam kampaniyalarını Meta, Google və digər platformalarda planlaşdırmaq və idarə etmək;
- Reklam kampaniyalarının nəticələrini analiz etmək və optimallaşdırmaq;
- Lead generation kampaniyaları hazırlamaq və satış komandası ilə koordinasiya etmək;
- Marketinq kampaniyalarından əldə olunan lead-lərin CRM-ə düzgün ötürülməsinə və izlənilməsinə nəzarət etmək;
- Satış komandası ilə birlikdə satış kampaniyaları, xüsusi təkliflər və promo aksiyalar hazırlamaq.
- Test-drive, showroom, korporativ satış və digər satış aktivlikləri üçün marketinq dəstəyi təmin etmək;
- Yeni avtomobil modelləri üçün məhsul kommunikasiya strategiyası hazırlamaq;
- Rəqiblərin qiymətlərini, kampaniyalarını, kommunikasiya strategiyalarını və bazardakı fəaliyyətlərini izləmək. ;
- Avtomobil bazarı üzrə mütəmadi marketinq və rəqib analizləri hazırlamaq;
- Müştəri seqmentlərini və onların davranışlarını analiz etmək;
- Brendin sosial media hesablarının inkişafını və brend standartlarına uyğun idarə olunmasını təmin etmək;
- Influencer, media və digər kommunikasiya tərəfdaşları ilə əməkdaşlıqları təşkil etmək;
- PR, media və tədbir layihələrini planlaşdırmaq və həyata keçirmək;
- Avtomobil təqdimatları, test-drive tədbirləri, sərgilər və digər brend tədbirlərinin təşkilində iştirak etmək;
- Marketinq agentlikləri, media qurumları, influencerlər, foto/video komandaları və digər tərəfdaşlarla əməkdaşlığı idarə etmək;
- Marketinq büdcəsini hazırlamaq, bölüşdürmək və xərclərə nəzarət etmək;
- Marketinq fəaliyyətlərinin ROI, CPL, CPA, reach, engagement, lead və satış nəticələrini analiz etmək;
- Rəhbərliyə mütəmadi marketinq hesabatları təqdim etmək;
- Marketinq fəaliyyətlərinin satış nəticələrinə təsirini ölçmək;
- Brendin bazardakı mövqeyinin və tanınmasının artırılması üçün yeni ideyalar və layihələr hazırlamaq.
İş şərtlərimiz:
- İş saatları: 09:00-18:00.
- İş yeri: Üzeyir Hacibəyli küç 57C.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri
və ya https://careers.ram.az/?vacancy=2594&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etməkləri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
- Ticari marketinq üzrə mütəxəssis at West Product Marketing MMC
- Guest Service Agent at Accorhotel
- Marketing Manager at Accorhotel
- Food & Beverage Manager at Accorhotel
- Junior Social Media & Marketing Specialist (German-Speaking) at The Global Talent Co
- Junior German-Speaking Influencer Marketing Specialist at The Global Talent Co