Rəhbər

JobSearch.az

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-10
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Fəaliyyət sahəsi: Avtomobil idxalı və satışı

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam ştat, ofisdaxili
  • İş saatları: 10:00–19:00

Çin və Dubay (BƏƏ) bazarlarından sifariş əsasında avtomobillərin idxalı və satışı ilə məşğul olan şirkətimizə rəhbər vəzifələr üzrə peşəkar idarəçilər axtarılır.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin ümumi fəaliyyətinin və biznes proseslərinin idarə olunması;
  • Satış, logistika, maliyyə və inzibati bölmələrin işinin koordinasiyası;
  • Şirkətin inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Satış hədəflərinin müəyyən edilməsi və nəticələrə nəzarət;
  • Çin və Dubay istiqamətləri üzrə idxal, təchizat və logistika proseslərinin idarə edilməsi;
  • Əməkdaşların fəaliyyətinə, iş bölgüsünə və icra intizamına nəzarət;
  • Müştərilər, xarici təchizatçılar və biznes tərəfdaşları ilə münasibətlərin idarə olunması;
  • Xərclərin optimallaşdırılması və şirkətin gəlirliliyinin artırılması;
  • Mübahisəli və operativ həll tələb edən məsələlərin idarə edilməsi;
  • Rəhbərliyə mütəmadi fəaliyyət və nəticə hesabatlarının təqdim olunması.

Namizədlərə tələblər

  • Ali təhsil;
  • Rəhbər və idarəetmə vəzifələrində minimum 3 il iş təcrübəsi;
  • Komanda idarəetməsi və biznes proseslərinin təşkili üzrə praktiki biliklər;
  • Güclü liderlik, təşkilatçılıq və analitik düşünmə bacarığı;
  • Maliyyə, satış və əməliyyat göstəricilərini təhlil etmək bacarığı;
  • Müstəqil qərarvermə və problem həll etmə qabiliyyəti;
  • Yüksək məsuliyyət, iş intizamı və peşəkar ünsiyyət bacarığı.
  • Avtomobil idxalı, beynəlxalq ticarət, logistika və avtomobil satışı sahəsində rəhbər vəzifə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş şəraiti

  • Rəsmi əmək müqaviləsi;
  • Vəzifəyə və peşəkar təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
  • Nəticələrə əsaslanan motivasiya sistemi;
  • Peşəkar iş mühiti;
  • Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanları.

Müraciət üçün - WhatsApp: +994 10 310 05 06

Namizədlərdən CV-lərini göndərərkən müraciət etdikləri vəzifəni (Şirkət direktoru / İcraçı direktor / Direktor müavini) qeyd etmələri xahiş olunur.

Qeyd: Namizədlərin peşəkar təcrübəsi və idarəetmə bacarıqları nəzərə alınmaqla müvafiq rəhbər vəzifəyə uyğunluğu qiymətləndiriləcək.

Şirkətin səhifəsində müraciət et