Şəxsi Avtomobili ilə Sürücü

Titan Group

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-20
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Titan Group komandası əməkdaşların daşınmasını və şirkətdaxili gündəlik nəqliyyat ehtiyaclarının təmin edilməsini həyata keçirəcək məsuliyyətli, intizamlı və sürücülük təcrübəsinə malik namizədləri işə dəvət edir.

Namizəd şəxsi mülkiyyətində olan 6–8 nəfərlik sərnişin tutumuna malik avtomobil (Mercedes-Benz Vito və ya analoji nəqliyyat vasitəsi) ilə əməkdaşların müəyyən edilmiş marşrut üzrə daşınmasını, həmçinin gün ərzində şirkətin tapşırıqları əsasında şəhərdaxili gediş-gəlişləri təmin edəcək.

Əsas vəzifə və öhdəliklər:

  • Səhər saat 08:10-da Qara Qarayev ərazisindən əməkdaşları götürərək Binə qəsəbəsinə çatdırmaq;
  • Axşam saat 18:00-da əməkdaşları Binə qəsəbəsindən Qara Qarayev ərazisinə aparmaq;
  • İş günü ərzində saat 09:00–16:00 aralığında şirkətin ehtiyaclarına uyğun olaraq şəhərdaxili gediş-gəlişləri həyata keçirmək;
  • Nəqliyyat vasitəsinin texniki sazlığını və təmizliyini təmin etmək;
  • Yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət etmək;
  • Əməkdaşların və şirkətə məxsus sənəd və yüklərin təhlükəsiz daşınmasını təmin etmək;
  • Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

Namizədə dair tələblər:

  • B kateqoriyalı sürücülük vəsiqəsi;
  • Sürücülük təcrübəsi;
  • 6–8 nəfərlik sərnişin tutumuna malik şəxsi avtomobilin (Mercedes-Benz Vito və ya analoji nəqliyyat vasitəsi) olması;
  • Bakı şəhərinin küçə və yollarını yaxşı tanımaq;
  • Yol hərəkəti qaydalarına ciddi riayət etmək;
  • Məsuliyyətli, intizamlı və punktual olmaq;
  • Ünsiyyət və davranış mədəniyyətinə malik olmaq;
  • Avtomobilin texniki vəziyyətinə diqqətlə yanaşmaq.

İş şərtləri:

  • Əmək haqqı: 1 000 AZN;
  • İş qrafiki: Həftədə 5 gün;
  • Nahar: Şirkət tərəfindən təmin olunur;
  • Mobil nömrə: Şirkət tərəfindən təmin olunur;
  • Yanacaq xərcləri: Şirkət tərəfindən qarşılanır.

İş qrafiki və marşrut:

  • Səhər: 08:10 – Qara Qarayev ərazisindən əməkdaşların götürülməsi və Binə qəsəbəsinə çatdırılması;
  • Gün ərzində: 09:00–16:00 – Şirkətin tapşırıqları əsasında şəhərdaxili gediş-gəlişlər;
  • Axşam: 18:00 – Əməkdaşların Binə qəsəbəsindən Qara Qarayev ərazisinə çatdırılması.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “Şəxsi Avtomobili ilə Sürücü”

Şirkətin səhifəsində müraciət et