HR Assistant / Career Coach

Honours Academy

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-10-02
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Honours Academy komandası üçün tələbə və məzunların karyera inkişafına dəstək göstərəcək, vakansiyalarla uyğunlaşdırılmasını və partnyor şirkətlərlə koordinasiyanı həyata keçirəcək HR Assistant / Career Coach axtarır.

Əsas vəzifələr

  • Tələbə və məzunlarla fərdi karyera görüşləri keçirmək;
  • Namizədləri uyğun vakansiya və karyera istiqamətlərinə yönləndirmək;
  • CV, LinkedIn və müsahibə hazırlığı üzrə dəstək göstərmək;
  • Partnyor şirkətlərdən daxil olan vakansiyalar üzrə uyğun namizədləri seçmək və yönləndirmək;
  • Namizəd və şirkət arasında müsahibə və seçim prosesini koordinasiya etmək;
  • Talent bazasını və məlumatları aktual saxlamaq;
  • Şirkətlərlə HR və recruitment istiqamətində B2B kommunikasiyaya dəstək vermək;
  • Ehtiyac olduqda daxili recruitment və onboarding proseslərinə dəstək göstərmək.

Tələblər

  • HR, recruitment, career services, talent acquisition və ya müştəri əlaqələri sahəsində təcrübə üstünlükdür;
  • İnsanları və vakansiya tələblərini düzgün analiz edib uyğunlaşdırmaq bacarığı;
  • CV və LinkedIn profilinin qiymətləndirilməsi üzrə anlayış;
  • Güclü ünsiyyət və follow-up bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət;
  • İngilis dili biliyi üstünlükdür;
  • AI alətlərindən CV analizi, job matching, research və interview preparation üçün praktik istifadə bacarığı;
  • HR, biznes, psixologiya və ya uyğun sahə üzrə təhsil üstünlükdür.

İş formatı

  • Full-time
  • Həftədə 6 günlük qrafiklə
  • 1 istirahət günü həftəiçi müəyyən edilir
  • Tədbir və xüsusi layihələrin vaxtından asılı olaraq iş saatlarında dəyişiklik ola bilər. Qrafik və dəyişikliklər əməkdaşla əvvəlcədən paylaşılır.

Əməkhaqqı

  • Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma ilə müəyyən ediləcək. 

CV və qısa motivasiya məktubunuzu mövzu hissəsində “HR Assistant / Career Coach” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et