Fit-out Manager (Təmir-tamamlama işləri üzrə menecer)

Webuild Construction and Design

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-13
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Yer: Bakı

Məşğulluq növü: Tam ştat

WEBUILD şirkəti komandamıza qoşulmaq, yaşayış, kommersiya və digər müxtəlif layihələrin icrasına rəhbərlik etmək üçün təcrübəli Fit-out Manager axtarır.

İdeal namizəd fit-out layihələrini planlaşdırmağı, komandanı idarə etməyi, layihənin keyfiyyətini, büdcəsini və icra qrafikini qoruyub saxlamağı bacarmalıdır.

Vəzifə öhdəlikləri

  • Fit-out layihələrinin planlaşdırılması, icrası və təhvili
  • Layihə büdcəsi, qrafiki və keyfiyyətinə nəzarət
  • Memarlıq və dizayn cizgilərinin (Shop Drawings) yoxlanması və sahədə düzgün tətbiqinin təşkili
  • İnteryer işləri ilə MEP (mexanika, elektrik, santexnika) sistemlərinin kəsişmələrinin koordinasiyası
  • İş həcmlərinin (metraj/BOQ), material smetası və xərc proqnozlarının yoxlanması
  • Podratçılar, təchizatçılar, mühəndislər və alt komandalarla əlaqələndirmə
  • Müştəri və konsultantlarla görüşlərin keçirilməsi
  • İş təhlükəsizliyi (HSE) və normativ qaydalara riayət olunmasına nəzarət
  • Layihə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi

Əsas tələblər

  • Tikinti, memarlıq və ya əlaqəli sahə üzrə ali təhsil
  • Fit-out (təmir-tamamlama) və interyer layihələrinin icrası üzrə ən azı 5 illik təcrübə (ən azı 2 il rəhbər vəzifədə)
  • Memarlıq və dizayn cizgilərini dərindən oxumaq və təhlil etmək bacarığı
  • MEP sistemləri ilə interyer işlərinin koordinasiyası təcrübəsi
  • Büdcə, smeta və kəmiyyət hesablamaları (BOQ) üzrə bilik
  • Layihə idarəetməsi biliyi (MS Project / Primavera üstünlükdür)
  • AutoCAD (və ya Revit) proqramında işləmək bacarığı
  • Güclü liderlik və komanda idarəetmə bacarığı
  • Dil bilikləri: Azərbaycan dili (səlis), ingilis dili (yaxşı), rus dili (arzuolunandır)

Qeyd: İcra prosesində dəqiqlik və texniki detallara diqqət çox vacibdir. İdeal namizəd dizayn konseptini sahədə düzgün tətbiq etməyi, podratçılarla texniki detalları dəqiqləşdirməyi və prosesdə yarana biləcək mühəndislik problemlərini operativ şəkildə həll etməyi bacarmalıdır.

Zəhmət olmasa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində vəzifənin adını yazın. İştirak etdiyiniz layihələrin siyahısı və ya portfolionuz varsa, əlavə etməyiniz arzuolunandır.

Şirkətin səhifəsində müraciət et