İR üzrə mütəxəssis / aparıcı mütəxəssis
Baku Holiday Travel
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-10-01
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Baku Holiday Travel komandası İR üzrə mütəxəssis / aparıcı mütəxəssis vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Kadr əməliyyatlarının aparılması: işə qəbul, məzuniyyət və işdən azad olma və b. üzrə əmrlərin və sənədlərin hazırlanması
- Əmək müqavilələrinin, əlavələrin və şəxsi işlərin tərtibi, qeydiyyatı və arxivləşdirilməsi
- ƏMAS sistemində əmək müqaviləsi bildirişlərinin vaxtında daxil edilməsi
- İşçi davamiyyətinin gündəlik izlənilməsi və uçotu
- Aylıq iş vaxtı tabelinin hazırlanması və əməkhaqqı hesablanması üçün ilkin məlumatların (prepayroll) maliyyə şöbəsinə təqdim edilməsi
- Yeni işçilər üçün onboarding prosesinin təşkili - ilk gün, sənədləşmə, tanışlıq və adaptasiya dövrünün izlənilməsi
- Təlimlərin təşkili - ehtiyacların toplanması, planlaşdırma, iştirakın və nəticələrin qeydiyyatı
- Vakansiyalar üzrə daxil olan CV-lərin qəbulu və rəhbərə ötürülməsi
- HR hesabatları və reyestrlərin (işçi bazası, məzuniyyət qrafiki və s.) aktual saxlanılması
Tələblər:
- Ali təhsil (İR, menecment və ya hüquq ixtisası üstünlükdür)
- İR sahəsində 1-3 il mütəxəssis, 3+ il aparıcı iş təcrübəsi
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə praktiki bilik
- Onboarding və təlim proseslərinin təşkili təcrübəsi
- İngilis dilini işçi səviyyədə bilmək (rus dili üstünlükdür)
- MS Office (xüsusilə Excel və Word) ilə sərbəst işləmək
- Diqqətlilik, məxfiliyə hörmət, sənədlə işdə dəqiqlik
Təklif edirik:
- Dinamik və peşəkar iş mühiti
- Aparıcı turizm şirkətində İR funksiyasının inkişafında birbaşa iştirak
- Peşəkar inkişaf və davamlı öyrənmə imkanları
- Turizm sektorunda maraqlı və yaradıcı layihələr üzərində işləmək imkanı
- Kreativ ideyaların dəstəkləndiyi və qiymətləndirildiyi komanda mühiti
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “İR üzrə mütəxəssis / aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
- Regulatory Operations Lead at Airbnb
- Lateral Police Officer - San Francisco Police Department (Q002) C00418 at Cityandcountyofsanfrancisco1
- ICSP PMO Analyst at Blue Water Thinking
- Senior Business Operations Associate at Repurposeglobal
- [쿠팡] Senior Sourcer 채용 at Coupang
- Demand Planner at Umdaschgroup