Peşəkar Qaynaqçı
Qartal Tikinti Firması
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-11-19
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: Vergilər çıxıldıqdan sonra 1200 AZN
İş yeri: Qartal Tikinti Firmasının istehsalat sahəsi- Sumqayıt şəhər, Çerkassi küçəsi 220. və sifarişçilərin ölkə ərazisindəki digər obyektləri.
Tələblər:
- Müasir qaynaq aparatıları ilə işləməyi bacarmalıdır.
- Metal konstruksiya və boru qaynağı (6G) işlərində ən azı 3 il iş təcrübəsi olmalı, qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir;
- İş Proseduru və Riski Dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir;
- Qaynaq edərkən Qaynaq Prosedurunun tələblərinə uyğun işini qurmalı, qaynaq tikişlərini Qaynaq Prosedurunun Spesifikasiyasına (WPS) uyğun yerinə yetirməyi bacarmalıdır;
- İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməlidir;
- Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir.
İş haqqında məlumat:
- Qurudakı və dənizdəki obyektlərdə metal konstruksiya və boru qaynağı işləri yerinə yetiriləcəkdir.
- Qartal Tikinti Firmasının metal-konstruksiya sexində, Sifarişçi obyektlərində metal konstruksiyaların quraşdırılması üçün sxemə uyğun metal konstruksiyaları qaynaq etməlidir;
- Sifarişçinin obyektlərində əvvəlcədən hazırlanmış metal konstruksiyaları sxemə uyğun quraşdırılması üçün qaynaq edəcəkdir. Metal kəsmə və montaj işlərini də bacarmalıdır.
İş şəraiti:
- İş saatı 08:00-18:00-dək;
- İstirahət günü - Bazar günləri; Normadan əlavə iş saatlarının dəyəri bir iş gününün əmək haqqına əlavə ödəniləcəkdir.
- İş yerinə və geriyə daşınma Qartal Tikinti Firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir.
- İşlədiyi yerdə firma tərəfindən naharla təmin ediləcəkdir;
- İş görüləcək obyektlər əsasən Qartal Tikinti Firmasının metal konstruksiya sexi və sifarişçilərin ölkə ərazisindəki digər obyektləri.
Əlaqə vasitələri:
CV-nizi Müraciət et düyməsində qeyd olunan email ünvanına, mövzu hissəsində montajçı yazmaqla göndərin. Əgər CV-niz yoxdursa aşağıda qeyd olunmuş əlaqə nömrəsinin whatsappına ad, soyad, yaşınız, yaşayış yeriniz, iş təcrübəniz (iş yeri və görülən işlər göstərilməklə), əldə etdiyiniz sertifikatlar, montajçı işiylə bağlı bacarıqlarınız və s. haqda məlumatlarınızı göndərin.
Əlaqə telefonu: +994 50 283 00 69 nömrəsinə müstəsna halda zəng edə bilərsiniz. 1-5-ci günlər Saat 9:00-18:00-a qədər. Whatsapp nömrəsinə və e-mail adressinə göndərilən məlumatlar nəzərdən keçirildikdən sonra uyğun namizədlərlə əlaqə saxlanılacaqdır
Əlaqələndirici şəxs: Ülkər Muradova
Telefon: +994 50 283 00 69