Satış üzrə koordinator (Satışa dəstək üzrə mütəxəssis)
Bakinity Distribution MMC
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-10-01
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Struktur bölmə: Korporativ satış şöbəsi
Birbaşa tabeçilik: Şöbə müdiri
Funksional tabeçilik: Baş mütəxəssis (Müştərilərlə iş üzrə menecer)
Vəzifə öhdəlikləri:
- Satış proseslərinin planlaşdırılması və koordinasiyasında iştirak edir, proseslərin fasiləsiz və effektiv icrasına dəstək göstərir.
- Satış üzrə Baş Mütəxəssisin gündəlik fəaliyyətinin təşkilinə dəstək verir (görüş cədvəllərinin idarə olunması, tapşırıqların izlənməsi və s.).
- Korporativ müştərilərlə görüşləri təşkil edir, görüşlərdə iştirak edir, müzakirələri qeydə alır və görüş protokollarını hazırlayır.
- Kommersiya təkliflərinin, təqdimat materiallarının hazırlanmasına dəstək göstərir.
- Müştəri tələblərini toplayaraq tələbin strukturlaşdırılması və ilkin analitik təhlilində iştirak edir.
- İş yükünü effektiv idarə edir, gündəlik və həftəlik prioritetlərin müəyyənləşdirilməsinə riayət edir.
- Digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində satış proseslərinə dəstək verir.
- Əməliyyat proseslərində yaranan problemlərin həllində iştirak edir və verilmiş tapşırıqların icrasını təmin edir.
- Satış əməliyyatlarının icrası zamanı Müştəri Münasibətlərinin İdarə Olunması (MMİO/CRM) və digər proqram təminatlarından istifadə olunur.
- CRM sisteminə məlumatların daxil edilməsi və məlumatların mütəmadi olaraq yenilənməsinin təmin edir.
- Satış alətlərinin tətbiqində iştirak edir və onların effektiv istifadəsinə dəstək göstərir.
- Görülən işlər üzrə hesabatların hazırlanmasında iştirak edir və təqdim olunmasına dəstək verir.
- Xidmət zərurəti yarandıqda ezamiyyətlərə getməyə açıq olur və ezamiyyət çərçivəsində verilən tapşırıqları icra edir.
- Peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə təlim və seminarlarda iştirak edir, əldə etdiyi bilikləri iş prosesində tətbiq edir.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, İT və ya oxşar sahələr üzrə).
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi arzuolunandır.
- Azərbaycan dilində sərbəst danışıq, oxu və yazı bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür.
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı.
- CRM (Bitrix24), 1C və Dibrain proqramları ilə işləmə bacarığı (təlim keçirilir).
- İnformasiya texnologiyaları və rəqəmsallaşmaya marağının yüksək olması zəruridir.
- Ünsiyyətcil, yüksək danışıq və təqdimat bacarığı.
- Tapşırıqları düzgün prioritetləşdirmə və problem həll etmə bacarığı.
Əlavə məlumat:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü : Tam ştat
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
- Push 30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
- Process/ Senior Process Engineer - Pipeline & Heat Treatment process (HcP/MFE2.12) at Boschgroup
- [EJH] Embedded Software Engineer - Application Software (ASW) at Boschgroup
- Smart Start BPS Method Engineer at Boschgroup
- Logistics System Analyst & Rollout Engineer at Boschgroup
- [Bosch R&D – Internship] Software Testing Intern at Boschgroup
- Cost Engineering & Benchmarking at Boschgroup