Python / Odoo Developer Intern
BlackDots
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-09-25
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Vəzifə haqqında
- Komandamıza Python / Odoo Developer Intern axtarırıq. Python proqramlaşdırması üzrə fundamental biliklərə sahib olan, Odoo ERP sistemi ilə işləməyə maraq göstərən və real layihələr üzərində praktiki təcrübə qazanmaq istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifələr
- Odoo ERP sistemi üzərində modulların hazırlanması və fərdiləşdirilməsində iştirak etmək
- Python vasitəsilə backend funksionallıqlarının hazırlanmasına dəstək olmaq
- Mövcud Odoo modullarını araşdırmaq və onların təkmilləşdirilməsində iştirak etmək
- Yeni funksionallıqların hazırlanmasına dəstək göstərmək
- Texniki problemlərin araşdırılması və həllində iştirak etmək
- Yazılmış kodların test edilməsi və xətaların aradan qaldırılmasına dəstək olmaq
Namizədə tələblər
- Python üzrə fundamental biliklər
- Obyekt yönümlü proqramlaşdırma (OOP) haqqında əsas anlayış
- Odoo ERP sistemi haqqında ümumi məlumat
- SQL və verilənlər bazaları haqqında ilkin biliklər üstünlükdür
- Git/GitHub haqqında ilkin məlumat üstünlükdür
- Proqramlaşdırmaya və backend development sahəsinə maraq
- Yeni texnologiyaları öyrənməyə və inkişaf etməyə həvəs
- Komanda ilə işləmək bacarığı
- Məsuliyyətli və öyrənməyə açıq yanaşma
Internship proqramı və imkanlar
- Müddət: 3 ay
- Real Python və Odoo ERP layihələrində praktiki təcrübə
- Təcrübəli developer-lər tərəfindən mentorluq və peşəkar dəstək
- Backend və ERP development üzrə praktiki bacarıqların inkişaf etdirilməsi
- Dinamik və komanda yönümlü iş mühiti
- Peşəkar inkişaf və yeni texniki biliklər əldə etmək imkanı
- Internship proqramını uğurla tamamlayan namizəd üçün uzunmüddətli əməkdaşlıq imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
- Veterinarian Medical Director | Equity Available at Allianceanimalhealth
- Veterinarian Owner/Medical Director at Allianceanimalhealth
- Senior Member Technical Staff - Senior QA Engineer at Thenielsencompany
- Senior Linux & Infrastructure Automation Engineer at Rrdonnelley
- Senior Enterprise Platforms Professional I ( SAP HANA BODS Developer) at Thenielsencompany
- Product Engineer at Quadient1