Senior Procurement Specialist
Khazar University Dunya IB School
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-09-25
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Əsas vəzifə öhdəlikləri:
- Satınalma tələblərinin təhlili və icrasının təşkili;
- Bazar araşdırmasının aparılması və yeni/alternativ təchizatçıların müəyyən edilməsi;
- RFQ/RFP və tender proseslərinin hazırlanması və idarə olunması;
- Texniki və kommersiya təkliflərinin toplanması və müqayisəli təhlili;
- Təchizatçılarla qiymət, ödəniş, çatdırılma və digər kommersiya şərtləri üzrə danışıqların aparılması;
- Optimal qiymət və kommersiya şərtlərinin əldə olunması;
- Sifarişlərin yerləşdirilməsi və icra müddətlərinin nəzarətdə saxlanılması;
- Müqavilələrin hazırlanması prosesində aidiyyəti şöbələrlə koordinasiya;
- Təchizatçıların fəaliyyətinin və xidmət keyfiyyətinin qiymətləndirilməsi;
- Təchizatçı bazasının genişləndirilməsi;
- Satınalma reyestri və müvafiq hesabatların aparılması;
- Satınalma proseslərində risklərin, gecikmələrin və qənaət imkanlarının müəyyən edilməsi;
- Daxili sifarişçi şöbələrlə koordinasiyanın təmin edilməsi.
Namizədə əsas tələblər:
- Satınalma və təchizat sahəsində minimum 4–5 il iş təcrübəsi;
- RFQ/RFP, tender və müqavilə prosesləri üzrə praktiki təcrübə;
- Təchizatçılarla danışıqların aparılması üzrə güclü bacarıqlar;
- Kommersiya təkliflərinin və satınalma xərclərinin təhlili bacarığı;
- MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlülük;
- Eyni zamanda bir neçə satınalma prosesini idarə etmək bacarığı;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.