Hüquqşünas
Falcon Finance
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-11-11
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Qısa məzmun
- BOKT “Falcon Finance” MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.
İş şəraiti
- Ərazi: Bakı
- Maaş: Razılaşma
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
Əsas vəzifələr:
- Problemli kreditlərlə bağlı BOKT-un xeyrinə çıxarılmış məhkəmə qərarlarının icrası üçün zəruri hüquqi tədbirləri həyata keçirmək;
- Problemli kreditlərlə bağlı qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək və icra prosesini izləmək;
- Məhkəmə və icra orqanlarının qərarlarından qanunvericiliyə uyğun qaydada şikayət və vəsatətlər hazırlamaq;
- İcra şöbələri ilə əməkdaşlıq etmək və icra işlərinə nəzarət etmək;
- BOKT-u məhkəmələrdə və icra şöbələrində hüquqi şəxs qismində təmsil etmək;
- Borcluların gəlirlərinə və əmlakına yönəldilmiş icra tədbirlərinin görülməsi üçün hüquqi prosedurları həyata keçirmək;
- Problemli kreditlərlə bağlı keçirilən hərraclarda BOKT-u təmsil etmək və qanunvericiliyə uyğun tədbirlər görmək;
- Borclularla məhkəmə qərarları əsasında hüquqi danışıqlar aparmaq;
- Hüquqi sənədləri hazırlamaq, hüquqi sənəd dövriyyəsini aparmaq;
- Elektron Məhkəmə və Elektron Notariat sistemlərində işləmək;
- Zərurət yarandıqda ezamiyyətlərdə iştirak etmək;
- Hüquq şöbəsi rəhbərinin verdiyi tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi;
- Ali hüquqi təhsil
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Cins: Kişi
- Yaş: 25 — 45 yaş
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel,Outlook) işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Hüquqşünas” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.
Oxşar vakansiyalar
- Senior Finance Analyst at Monzo
- Category Manager, Indirect Procurement at Arcteryx.com
- Finance Director Global Shared Services at Smiths Group
- Senior Financial Analyst - Budget & Forecast at IFS
- Finance GTM Associate at Mercor
- Finance Executive - Accounts Receivable at Red Bull