İnsan resursları üzrə mütəxəssis
Man-G
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-11-18
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
MAN-G Design and Construction komandamıza İnsan resursları sahəsində təcrübəli, təşəbbüskar və sistemli düşünən mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinin, ƏMAS və İSB əməliyyatlarının aparılması;
- İşə qəbul prosesinin tam idarə edilməsi: vakansiyaların hazırlanması, namizədlərin seçilməsi və müsahibələrin keçirilməsi;
- Yeni əməkdaşların adaptasiyası və sınaq müddətinin idarə olunması;
- HR siyasət və prosedurlarının hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
- KPI və performans qiymətləndirmə proseslərinin təşkili;
- Əməkdaşlarla münasibətlərin, təlim və inkişaf proseslərinin idarə olunması;
- HR hesabatlarının hazırlanması və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi.
Namizədə dair tələblər:
- HR sahəsində 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə mükəmməl bilik;
- İşə qəbul və digər HR proseslərinin idarə edilməsində praktiki təcrübə;
- Analitik düşüncə, təşəbbüskarlıq, güclü kommunikasiya və müstəqil işləmək bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Office Center
- Əmək haqqı: 1000 Azn + (Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq)
Bizim üçün vacib məqam: Biz yalnız kadr kargüzarlığını icra edən deyil, insan resurslarının bütün əsas istiqamətlərini idarə edə bilən, HR proseslərini təkmilləşdirən və şirkətin inkişafına töhfə verən mütəxəssis axtarırıq.
Uyğun namizədlər CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.