Sayklinq məşqçisi (Indoor Cycling Instructor)
Gym Management Company
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-11-27
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Vəzifə öhdəlikləri
- Stasionar velosipedlərdə müxtəlif hazırlıq səviyyələrinə uyğun qrup məşqlərinin keçirilməsi;
- Məşqin isinmə, əsas yük və soyuma mərhələlərinin planlaşdırılması;
- Velosipedlərin oturacaq və sükan parametrlərinin iştirakçılara uyğun tənzimlənməsinə kömək edilməsi;
- Düzgün pedal çevirmə texnikası, müqavimət və məşq intensivliyinə nəzarət;
- Musiqi və motivasiya üsullarından istifadə etməklə dinamik məşq mühitinin yaradılması;
- Avadanlığın dərsdən əvvəl yoxlanılması və təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət.
Namizədə tələblər
- Indoor Cycling və ya qrup kardio məşqləri üzrə müvafiq təcrübə;
- Məşq fiziologiyası, kardio yüklənmə, intensivliyin idarə edilməsi və təhlükəsizlik üzrə biliklər;
- Indoor Cycling üzrə müvafiq sertifikatın olması üstünlükdür;
- Yüksək ünsiyyət və motivasiya bacarığı;
- Məsuliyyətlilik, pozitiv yanaşma və komandada işləmək bacarığı;
- Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.
Biz təklif edirik
- Peşəkar və dinamik iş mühiti;
- Peşəkar inkişaf və təlim imkanları;
- Stabil və uzunmüddətli əməkdaşlıq;
- Namizədin təcrübə və bacarıqlarına uyğun əməkhaqqı.
İş şərtləri
- İş qrafiki: Həftədə 6 gün, 13:00–21:00
- İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.