Kopirayter / Kontent yazarı
Prior Leasing
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-10-13
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Tələblər:
- Ali təhsil (Jurnalistika, Filologiya, Marketinq, PR və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür)
- Kopirayter və ya kontent müəllifi kimi 1–2 il iş təcrübəsi
- Azərbaycan dilində qrammatik, orfoqrafik və üslubi cəhətdən düzgün yazı bacarığı
- Əvvəlki işlərdən ibarət portfolio təqdim etmək
- Sosial media, reklam və kreativ mətnlərin hazırlanması bacarığı
- SEO mətn yazarlığının əsaslarını bilmək
- Kənd təsərrüfatı, texnika və B2B sahələrinə maraq və yeni bilikləri mənimsəmək
- Yaradıcılıq, məsuliyyət, təşəbbüskarlıq və son tarixlərə riayət etmək bacarığı
- Marketinq, satış və dizayn komandaları ilə işləmək bacarığı
- Süni intellekt alətlərindən (ChatGPT, Claude və s.) istifadə bacarığı üstünlükdür
- Regionlara işgüzar səfərlərə hazır olmaq.
Vəzifə öhdəlikləri:
- Instagram, Facebook, LinkedIn və YouTube üçün post, reklam mətnləri və video ssenarilərinin hazırlanması
- Aylıq kontent planının hazırlanması və icrasının təmin edilməsi
- Texniki məhsul məlumatlarının sadə, anlaşıqlı və satışyönümlü mətnlərə çevrilməsi
- Sayt, məhsul kartları, kataloq, broşür və SEO-ya uyğun bloq məqalələri üçün mətnlərin yazılması
- Press-relizlərin, rəsmi açıqlamaların, kommersiya təkliflərinin və təqdimat mətnlərinin hazırlanması
- Dizayn və video komandaları ilə koordinasiyalı işləmək, tədbirlərdən və regional səfərlərdən kontent materiallarının hazırlanmasında iştirak etmək
- Hazırlanan mətnlərin keyfiyyətinə, dəqiqliyinə və vaxtında təhvil verilməsinə nəzarət etmək
- Kontentin nəticələrini izləmək və mətnlərin effektivliyini artırmaq üçün təkliflər vermək.
İş şərtləri
- İş qrafiki: Həftədə 5 iş günü;
- İş yeri: Çinar Park Biznes Mərkəzi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kopirayter/Kontent Yazarı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2645&source=UC_HBS8ZI linki vasitəsi ilə müraciət etmələri xahiş olunur.
Oxşar vakansiyalar
- Regional Partner Manager at Checkpointsoftwaretechnologies2
- Strategic Agency Manager (English, Urdu, Tagalog) at Google
- Senior Director, Enterprise, UK, France, Southern Europe at Airwallex
- Account Manager, SME & Growth at Airwallex
- Account Manager, SME & Growth, AU at Airwallex
- Marketing Science Analyst at Analyticpartners