Marketinq Mütəxəssisi
Resant Consulting and Management
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-10-08
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Restoran və xidmət sektorunda fəaliyyət göstərən şirkətimizə operativ, məsuliyyətli, araşdırma və koordinasiya bacarığı yüksək olan Marketinq Mütəxəssisi axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Restoranlarda keçirilən banket və tədbirlər üzrə müştəri rəylərinin toplanması, xidmət keyfiyyətinin araşdırılması və hesabatların hazırlanması
- Wolt və Bolt platformalarında restoran məlumatlarının, qiymətlərin, məhsulların və vizual materialların yoxlanılması və yenilənməsi
- Restoranların QR menyularında qiymət, məhsul tərkibi, şəkil, dil və digər məlumatların düzgünlüyünün yoxlanılması
- Restoranlar üçün mövsüm və xüsusi günlərə uyğun fon musiqilərinin hazırlanması və koordinasiyası
- Mövcud müştəri məlumatları əsasında müştəri bazasının yaradılması və mütəmadi yenilənməsi
- Mikro və makro influencerlər üzrə məlumat və qiymət bazasının formalaşdırılması
- Şəhərdaxili monitorlar, outdoor reklam qurğuları, ticarət mərkəzləri və digər reklam sahələri üzrə araşdırmaların aparılması, qiymət təkliflərinin toplanması
- Outdoor reklamlar üçün dizaynerlərə düzgün və ətraflı brief verilməsi
- Restoranlardan daxil olan çap materialları üzrə sifarişlərin koordinasiyası, hazırlanmış materialların yoxlanılması və qeydiyyatının aparılması
- Şirkətlər üçün korporativ əməkdaşlıq təkliflərinin hazırlanması, e-mail vasitəsilə göndərilməsi və yazışmaların həyata keçirilməsi
- Restoranların YouTube kanallarının idarə olunması və video kontentlərin yerləşdirilməsi
- Tripadvisor hesablarının mütəmadi yoxlanılması və məlumatların yenilənməsi
- Restoranların Google Maps, Instagram, Bolt, Uber, Yango, Waze və digər xəritə platformalarında ünvan və məlumatlarının düzgünlüyünün yoxlanılması
- Websayt-da həftəlik tədbir məlumatlarının yerləşdirilməsi və sayt üzrə müvafiq yeniliklərin edilməsi
- Restoranlara aid marketinq materiallarının vahid bazada sistemli şəkildə saxlanılması və yenilənməsi
- Foto, video, dizayn, motion, QR menyu, çatdırılma platformaları və digər marketinq məlumatlarının sistemləşdirilməsi
- Rəqiblərin mütəmadi izlənilməsi və rəqib analizlərinin hazırlanması
- Ölkədə keçirilən böyük tədbirlər, sərgilər, yarışlar və beynəlxalq layihələrin araşdırılması, uyğun marketinq təkliflərinin hazırlanması
- Azərbaycanda fəaliyyət göstərən restoranlar üzrə ərazi, sosial media və digər məlumatları əhatə edən məlumat bazasının hazırlanması
Namizədə tələblər:
- Marketinq sahəsində təcrübə arzuolunandır
- Araşdırma və məlumat toplama bacarığı
- MS Excel və Google Sheets ilə işləmə bacarığı
- Hesabat hazırlamaq və məlumatları sistemləşdirmək bacarığı
- Sosial media və rəqəmsal platformalar haqqında anlayış
- Google Maps, Tripadvisor, YouTube, Wolt, Bolt və oxşar platformalarla işləmək bacarığı üstünlükdür
- E-mail yazışmaları və korporativ kommunikasiya bacarığı
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
- Rus və ingilis dili biliyi üstünlükdür
- Diqqətli, məsuliyyətli və operativ olmaq
- Eyni anda bir neçə layihəni idarə edə bilmək
- Komanda ilə işləmə və koordinasiya bacarığı
Biz nə təklif edirik?
- Böyük və müxtəlif restoran brendləri ilə işləmək imkanı
- Marketinqin həm rəqəmsal, həm də ənənəvi istiqamətlərində praktiki təcrübə
- Peşəkar marketinq və kreativ komanda ilə işləmək imkanı
- İnkişaf və karyera perspektivi
- Stabil və dinamik iş mühiti
İş şəraiti
- İş yeri: Ofis
- İş saatları: 09:00-18:00 / həftə içi 5 gün
- Əmək haqqı: 800 AZN
- Tam Ştat
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
- Senior Mechanical Engineer – Construction - Engineering (CO102) at Prosidianconsulting
- Staff Browser Extension Engineer at Zscaler
- Staff Software Development Engineer (Microservices) at Zscaler
- Integration Engineer at Stripe
- Engineering Manager - Control Plane + Distributed Systems at Zscaler
- Lead DevOps Engineer at Necsws