SƏTƏM Koordinatoru

Amina and S Group

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-10-01
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Vəzifə öhdəlikləri

  • Şirkətdə əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması üzrə qanunvericiliyin, normativ tələblərin və daxili prosedurların icrasını koordinasiya etmək;
  • İş sahələrində SƏTƏM tədbirlərinin tətbiqini təşkil etmək, təhlükəsiz iş mühitinin formalaşdırılmasına nəzarət etmək;
  • Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi prosesini koordinasiya etmək, risklərin aradan qaldırılması və ya minimuma endirilməsi üzrə tədbirlərin icrasını izləmək;
  • İşçilər üçün ilkin, təkrar və məqsədli təhlükəsizlik təlimatlandırmalarını və maarifləndirici tədbirləri təşkil etmək;
  • İstehsalat qəzalarının, insidentlərin, təhlükəli hadisələrin və uyğunsuzluqların araşdırılmasını koordinasiya etmək, kök səbəbləri müəyyənləşdirmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
  • SƏTƏM üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını təmin etmək, göstəriciləri təhlil edərək rəhbərliyə təqdim etmək;
  • Fərdi mühafizə vasitələrinə olan tələbatın müəyyənləşdirilməsini, düzgün seçilməsini və istifadəsini koordinasiya etmək;
  • İş sahələrində müntəzəm audit və yoxlamalar təşkil etmək, aşkar edilmiş uyğunsuzluqlar üzrə tədbirlərin vaxtında tamamlanmasını izləmək;
  • Podratçı və subpodratçı təşkilatların SƏTƏM tələblərinə uyğun fəaliyyətini koordinasiya və nəzarət etmək;
  • Fövqəladə hallara hazırlıq tədbirlərinin və təlimlərin keçirilməsini aidiyyəti bölmələrlə birlikdə təşkil etmək;
  • Şirkətin SƏTƏM məqsəd və hədəflərinin həyata keçirilməsinə, davamlı təkmilləşdirmə tədbirlərinə və təhlükəsizlik mədəniyyətinin inkişafına dəstək göstərmək.

Tələblər

  • Ali təhsil;
  • Neft, qaz və kimya sahələrində SƏTƏM üzrə minimum 3 il iş təcrübəsi;
  • Yaş həddi: 27-45;
  • Azərbaycan dili üzrə sərbəst, ingilis dili üzrə yaxşı səviyyədə bilik;
  • MS Office proqramlarında yaxşı səviyyədə işləmək və hesabat hazırlamaq bacarığı;
  • Risk qiymətləndirilməsi, insident araşdırılması, auditlərin təşkili və SƏTƏM sənədlərinin hazırlanması üzrə bilik və bacarıqlar;
  • ISO 45001 və ISO 14001 standartları üzrə bilik; NEBOSH, IOSH və ya digər SƏTƏM sertifikatlarının olması üstünlükdür;
  • Təşkilatçılıq, koordinasiya, analitik düşünmə, operativ qərarvermə və komanda ilə işləmək bacarığı.

İş şəraiti

  • İş qrafiki: Həftədə 6 iş günü (08:00-17:00);
  • Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

Müvafiq tələblərə cavab verən namizədlər şəkilli CV-lərini mövzu hissəsində “SƏTƏM Koordinatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et