İnsan Resurslarının idarə edilməsi üzrə mütəxəssis
Fincity MMC
Vakansiya məlumatları
- ONSITE
- CONTRACT
- Azerbaijan
- Yoxlanılıb 2026-10-02
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Vəzifə üzrə başlıca öhdəliklər və məsuliyyətlər
- Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçilərin işə qəbulu, vəzifə və əməkhaqqı dəyişiklikləri, habelə işdən azad olunması proseslərini icra etmək;
- İşçilərin şəxsi işlərinin və digər kadr sənədlərinin düzgün şəkildə formalaşdırılmasını həyata keçirmək;
- Əmək münasibətləri üzrə müvafiq sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini, o cümlədən məzuniyyət, kompensasiya, mükafat və digər müvafiq məsələlər üzrə sənədləşməni icra etmək;
- İşçilərin müraciətləri əsasında arayış və digər müvafiq sənədlərin hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- Müxtəlif işə qəbul kanalları vasitəsilə vakansiyaları yerləşdirmək, namizədlərin axtarışını və cəlb edilməsini həyata keçirmək, müsahibə prosesini təşkil və koordinasiya etmək;
- İnsan resursları üzrə cari və perspektiv planların, hesabatların hazırlanmasında iştirak etmək;
- Məzuniyyət qrafiklərini hazırlamaq, məzuniyyətlərin uçotunu aparmaq və təsdiq edilmiş qrafikə uyğun istifadəsinə nəzarət etmək;
- Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması prosesinə dəstək göstərmək;
- Əməkhaqqı kartlarının sifarişi və müvafiq bank proseslərinin icrasını təmin etmək;
- ƏMAS platformasında əmək müqavilələrinin və müvafiq əmrlərin hazırlanmasını icra etmək.
Namizəddən tələb olunan bilik və bacarıqlar
- Ali təhsil;
- İnsan resursları sahəsində minimum 1 illik iş stajı;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər, ƏMAS-dan istifadə qaydaları, Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Komanda yönümlü düşüncə və əməkdaşlıq bacarığı.
Əlavə üstünlüklər:
- Namizədin universitetə qəbul balının yüksək olması
İş şəraiti
- İş qrafiki: Həftənin 5 günü (09:00-18:00)
- İstirahət günü: Şənbə və bazar
- Əmək haqqı: 600 - 800 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
- Senior Frontend Engineer - Send Convenience at Wise
- Platform Engineer at Mujininc
- Software Engineer - Recurring Payin at Wise
- Frontend Engineer(React Native) at Mujininc
- Senior Backend Engineer - DevX (TypeScript, AWS) - Hybrid working model 100%, Ho Chi Minh City at Smgswissmarketplacegroup
- Fullstack Engineer (Typescript/Javascript) - Hybrid working model 100%, Ho Chi Minh City at Smgswissmarketplacegroup