Marketinq layihələri üzrə baş mütəxəssis

Baku Electronics

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-17
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Vəzifə öhdəlikləri

  • Marketinq layihələri portfelini idarə etmək, layihələri biznes prioritetlərinə uyğun sıralamaq və resursları bölüşdürmək;
  • Şirkətin ən mühüm, çoxkanallı kampaniyalarının (mövsümi kampaniyalar, brend layihələri, mağaza açılışları və s.) başdan sona idarə edilməsinə rəhbərlik etmək;
  • Layihə məqsədlərini, KPI-ları, büdcəni və zaman cədvəlini müəyyənləşdirmək, rəhbərliklə razılaşdırmaq;
  • Strateji vendor və partnyorlarla münasibətləri idarə etmək, müqavilə şərtlərinin danışıqlarını aparmaq və onların performansını qiymətləndirmək;
  • Layihə idarəetməsi üzrə vahid standartlar, şablonlar və prosedurlar hazırlamaq və tətbiq etmək;
  • Layihələrin risklərini əvvəlcədən müəyyən etmək, risklərin idarə edilməsi planlarını hazırlamaq və böhranlı vəziyyətlərdə operativ qərarlar təklif etmək;
  • Kampaniya performans göstəricilərini (KPI, ROI, ROMI) təhlil etmək və nəticələrə əsasən strateji tövsiyələr hazırlamaq;
  • İstehlakçı davranışı və bazar məlumatları əsasında kampaniyaların təkmilləşdirilməsi üçün təhlillər aparmaq;
  • Aparıcı, orta və kiçik menecerlərə metodiki rəhbərlik və mentorluq etmək, onların işinin keyfiyyətinə nəzarət etmək;
  • Layihələr üzrə rəhbərliyə konsolidə edilmiş hesabatlar təqdim etmək.

Vəzifə tələbləri

  • Ali təhsil (Müvafiq sahədə üstünlükdür);
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi, o cümlədən çoxkanallı kampaniyaların idarə edilməsi təcrübəsi olmalı;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləməli;
  • Layihə idarəetmə alətləri (MS Project, Trello, Asana, Jira və ya oxşar) ilə iş təcrübəsi üstünlükdür;
  • Büdcə planlaşdırması və maliyyə göstəricilərinin (ROI, ROMI) təhlili üzrə praktiki təcrübə;
  • Şirkətin ehtiyacından asılı olaraq reklam, video çarx, sosial media paylaşımları və ya səsli kommunikasiya materiallarında (voiceover, video cast) şirkətin siması və ya səsi olaraq iştirak etməyə hazır olmaq; 
  • Şirkətdə çalışdığı müddət ərzində digər şirkət, marka və agentliklərlə influencer, aktyor, model və ya voiceover qismində əməkdaşlıq etməmək;
  • Analitik düşünmə tərzinə malik, ünsiyyətcil olmalı və təqdimat etməyi bacarmalı;
  • Strateji planlaşdırma bacarığına malik olmalı;
  • Operativ və düzgün qərar verməyi bacarmalı;
  • Problemləri həll etmə bacarığı olmalı.

Dil biliyi:

  • Azərbaycan - Mükəmməl
  • İngilis - Orta
  • Rus - Yüksək

Baku Electronics-də sizi nələr gözləyir?

  • Özəl tibbi sığorta təminatı
  • Yığım həyat sığortası proqramına qoşulma imkanı
  • Push30 platformasında korporativ güzəştlər
  • Əməkdaşlara xüsusi güzəştlər və «BEnefit Club» tərəfdaş şəbəkəsinin eksklüziv təklifləri
  • Peşəkar təlimlər, daxili vakansiyalar vasitəsilə karyera yüksəlişi imkanları

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Baku Electronics Baş ofisi (Binəqədi r-nu, Əcəmi Naxçıvani küç. 3066)
  • İş qrafiki: 5 günlük / Tam iş günü (09:00 – 18:00)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et