Təlim Koordinatoru
Mixpromax MMC
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-09-25
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
MixPro komandası böyüyür!
Əgər təhsil sahəsinə marağınız varsa, insanlarla ünsiyyəti sevirsinizsə və təşkilatçılıq bacarıqlarınıza güvənirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Təlim və seminarların planlaşdırılması və koordinasiyası;
- Təlimçilərlə kontaktların qurulması və ehtiyac yarandıqda bazar araşdırmalarının aparılması
- Təlim iştirakçıları ilə əlaqələrin qurulması və idarə edilməsi;
- Universitet və tərəfdaşlarla yazışmaların təşkili;
- Təlim materiallarının hazırlanmasına dəstək;
- Tədbir və təqdimatların təşkilində iştirak;
- Hesabatların hazırlanması və məlumat bazasının yenilənməsi.
Namizədə tələblər:
- Təlimlərin təşkili istiqamətində təcrübə
- Azərbaycan dili – əla, rus və ya ingilis dili biliyi üstünlükdür;
- MS Office proqramlarında işləmək bacarığı;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Məsuliyyətli, operativ və təşkilatçı olmaq;
Biz təklif edirik
- Karyera inkişafı
- 6 günlük iş qrafiki
Əmək haqqı və digər şərtlər müsahibə əsasında müəyyən edilir.
CV-lərinizi mövzu hissəsində “Təlim koordinatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.