PUA operatoru

AT - Geotech MMC

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-27
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində PUA operatoru vakansiyası üzrə namizəd axtarılır.

Vəzifə öhdəlikləri:

  • PUA-ların idarə edilməsini və uçuş prosesinin həyata keçirilməsini təmin etmək;
  • Uçuşlardan əvvəl texniki hazırlıq və yoxlamaları həyata keçirmək;
  • Uçuş təhlükəsizliyi qaydalarına riayət etmək;
  • Uçuş prosesində əldə olunan məlumatları izləmək və qeydə almaq;
  • PUA-ların texniki vəziyyətinə nəzarət etmək;

Namizədə tələblər:

  • Pilotsuz uçuş aparatları (PUA) sahəsində minimum 1 il iş təcrübəsi;
  • PUA üzrə müvafiq sertifikatlar üstünlükdür;
  • Microsoft Word, Excel proqramlarında yaxşı səviyyədə bilik;
  • ERP proqramları üzrə başlanğıc səviyyədə bilik;
  • İngilis dili biliyi – orta səviyyədə;
  • Ezamiyyətlərdə iştirak etmək imkanı.

Əmək şəraiti:

  • İş yeri: Xırdalan şəhəri / Layihə sahələri (ofis və sahə şəraiti)
  • İş rejimi: 6 günlük
  • Əmək haqqı: Başlanğıc üçün 900 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Şirkətin səhifəsində müraciət et