Çağrı mərkəzi operatoru

Baku Service Company

Vakansiya məlumatları

  • ONSITE
  • UNKNOWN
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-11
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Tələblər:

  • Staj: 1 il
  • Dil bilikləri: Rus dili biliyi mütləqdir
  • Cinsi: Qadın
  • Komputer bilikləri: Microsoft Office proqramları
  • Təhsil: Orta ixtisas və ya bakalavr
  • Yaş həddi: 20-45 yaş
  • Azərbaycan və Rus dillərində sərbəst, aydın və səlis danışıq qabiliyyəti;
  • Effektiv ünsiyyət və aktiv dinləmə bacarığı;
  • Müştərinin müraciətini düzgün təhlil etmək və ehtiyaclarını müəyyənləşdirmək bacarığı;
  • Problemləri operativ təhlil etmək və həll yolları təklif etmək bacarığı;
  • Eyni zamanda bir neçə tapşırığı idarə etmək (multitasking) bacarığı;
  • Müştəri etirazları və mürəkkəb müraciətlərlə işləmək bacarığı;
  • Fikirlərini düzgün ifadə etmək və məlumatı qarşı tərəfə aydın çatdırmaq bacarığı.

Şəxsi keyfiyyətlər:

  • Yüksək ünsiyyət və davranış mədəniyyəti ;
  • Səbirli, nəzakətli və təmkinli olmaq;
  • Stressə davamlılıq və emosional özünənəzarət;
  • Məsuliyyətli və intizamlı olmaq;
  • Diqqətli və detallara qarşı həssas olmaq;
  • Operativ və çevik qərarvermə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Öyrənməyə və yeniliklərə açıq olmaq;
  • Müştəri məmnuniyyətinə yönümlülük.

İş təsviri:

  • Daxil olan telefon zənglərinin cavablandırılması və müştərilərin müraciətlərinin qəbul edilməsi
  • Müştərilərə şirkətin məhsul, xidmət və fəaliyyət istiqamətləri haqqında düzgün və dolğun məlumatın təqdim edilməsi;
  • Müştərilərin suallarının cavablandırılması və aranmış problemlərin operativ həll edilməsi;
  • Müştəri müraciətlərinin müvafiq informasiya sistemində qeydiyyata alınması və məlumatların düzgün daxil edilməsi;
  • Həll edilməsi operatorun səlahiyyətləri daxilində olmayan müraciətlərin aidiyyəti struktur bölmələrə yönləndirilməsi;
  • Müraciətlərin icra vəziyyətinin izlənilməsi və zəruri hallarda müştərinin məlumatlandırılması;
  • Müştərilərlə ünsiyyət zamanı şirkətin müəyyən etdiyi xidmət standartlarına və davranış qaydalarına riayət edilməsi;
  • Müştəri narazılıqlarının və şikayətlərinin qəbul edilməsi, müvafiq prosedurlara uyğun idarə olunması;
  • Gündəlik fəaliyyət üzrə müəyyən edilmiş keyfiyyət və məhsuldarlıq göstəricilərinin yerinə yetirilməsi;

İş şəraiti:

  • İş rejimi: 6 günlük
  • İş saatı: 09:00 – 17:00, 10:00-18:00
  • Şənbə günü qısa iş günü
  • İstirahət: Bazar günü
  • Ayda 1 dəfə Bazar günü iş günü olur və həmin günün əvəzi olaraq həftə içi istirahət verilir.
  • Əmək haqqı: 600 AZN
  • Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli 50 C, Baku Service Company, Omidlə üz –üzə (SAMSUNG)

Qeyd olunan tələblərə cavab verən şəxslər mövzu başlığında “Çağrı mərkəzi operatoru” qeyd edərək Cv – lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şirkətin səhifəsində müraciət et