Marketinq Mütəxəssisi (Rəqəmsal yönümlü)

NewCond

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-29
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Vəzifənin məqsədi:

  • Şirkətin təmsil etdiyi brendlərin tanıtımını, məhsul və xidmətlərin təqdimatını təmin etmək, izləyici kütləsini artırmaq və müştəri ilə rəqəmsal ünsiyyəti gücləndirmək.

Vəzifə Öhdəlikləri

  • Performance Marketinq: Meta Ads, Google Ads və TikTok reklam kampaniyalarının strategiyasının qurulması, icrası, idarə edilməsi və optimizasiyası 
  • Partnyor və Şəbəkə İdarəedilməsi: Diler, diler şəbəkələri və korporativ partnyorlarla birgə rəqəmsal marketinq fəaliyyətlərinin, ortaq kampaniyaların və ko-branding layihələrinin əlaqələndirilməsi və idarə olunması.
  • Büdcə Planlaması: Aylıq və rüblük rəqəmsal reklam büdcələrinin planlaşdırılması, xərclərin bölgüsü, kanallar arası optimizasiyası və effektivliyinin izlənilməsi.
  • Tədbir və Kampaniya Dəstəyi (Extra Effort): Şirkətin iştirak etdiyi sərgilər, diler görüşləri, yeni məhsul təqdimatları və böyük satış kampaniyaları (məsələn: Yeni il, Black Friday və s.) zamanı əlavə resurs və vaxt sərf edərək (extra effort) rəqəmsal dəstəyin, xüsusi səhifələrin və reklamların vaxtında işə salınmasının təmin edilməsi.
  • Analitika və İzləmə: GA4, Google Tag Manager, Meta Pixel və Conversion API inteqrasiyalarının qurulması, həmçinin Google Search Console vasitəsilə SEO performansının izlənilməsi.
  • Metrik Nəzarəti: CTR, CPC, CPL, CPA, ROAS və digər əsas performans göstəricilərinin gündəlik və aylıq izlənməsi, rəqabətli mühitdə Google Ads Auksion İnsights analizi. Veb-sayt idarəetməsi ilə bağlı təcrübəyə sahib olmaq.
  • Auditoriya və Strategiya: Hədəf kütlələrin seqmentləşdirilməsi, remarketing/retargeting kampaniyalarının təşkili və bazar tendensiyalarının təhlili.
  • Kreativ İdarəetmə: Kontent komandası üçün reklam yönümlü brieflərin hazırlanması, veb-sayt və landing page-lərin optimizasiyası üzrə tövsiyələr.
  • Hesabatlılıq: Aylıq rəqəmsal marketinq hesabatlarının hazırlanması və büdcənin effektivliyinin artırılması istiqamətində təkliflərin verilməsi.

Namizədə Tələblər

  • Marketinq sahəsində minimum 2il rəqəmsal üzrə minimum 1il praktiki iş təcrübəsi (Middle səviyyəyə uyğun olaraq müstəqil qərar qəbul etmə və büdcə idarəetmə bacarığı).
  • Meta Ads Manager və Google Ads platformalarında sərbəst, peşəkar səviyyədə işləmə təcrübəsi.
  • B2B şəbəkələr, diler kanalları və ya partnyor münasibətləri istiqamətində marketinq fəaliyyətlərinin idarə olunmasında təcrübə.
  • GA4, Google Tag Manager və Pixel/Conversion API quraşdırmalarında dərindən praktiki biliklər.
  • Büdcə planlaması, xərclərin optimizasiyası və reklam metriklərinin Excel / Google Sheets vasitəsilə analizi.
  • Çoxsaylı layihələri idarə etmək bacarığı, intensiv iş qrafikinə və tədbir dövrlərində çevik (flexible/extra effort) iş rejiminə uyğunlaşma.
  • Analitik düşüncə, detallara diqqət və nəticəyönümlü yanaşma.
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, texniki materialları oxumaq üçün səviyyədə İngilis dili.
  • E-commerce və B2B lead generation layihələrində işləmiş olmaq (klimatik avadanlıqlar və ya texniki məhsul sektorunda təcrübə əlavə üstünlükdür).
  • SEO prinsipləri və baza səviyyəsində optimizasiya bilikləri.

Biz Nə Təklif Edirik?

  • Real və geniş miqyaslı Çin brendləri ilə B2B/B2C layihələr üzərində işləmək imkanı.
  • Peşəkar inkişaf, rəqəmsal alətlər üzrə təlimlər və dinamik öyrənmə mühiti.
  • Görülən işlərin nəticəsinə və performansa əsaslanan inkişaf perspektivi.
  • Dinamik, səmimi və nəticəyönümlü komanda ilə işləmək mühiti.
  • Korporativ nömrə şirkət tərəfindən təmin edilir
  • Əyləncəli mühitdə team buildinglər

Əmək şəraiti:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Bazar günü.

Vəzifə üzrə əmək haqqı:

  • 1200-1500 Azn

İş yeri:

  • Bakı şəhəri, Əhməd Rəcəbli (Aynalı Plaza)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində və ya [email protected]  email ünvanına ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et