Sales manager

Paul Mitchell Azerbaijan

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-11
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Paul Mitchell peşəkar saç baxımı məhsullarının Azərbaycanda distribütoru olan komandamıza aktiv və nəticəyönümlü Sales Manager axtarırıq.

Əsas vəzifələr:

  • Bakı üzrə salonlara mütəmadi səfərlər etmək və yeni müştərilər cəlb etmək;
  • Mövcud tərəfdaşlarla əlaqələri inkişaf etdirmək və satış həcmini artırmaq;
  • Məhsulları təqdim etmək, sifarişləri qəbul etmək və sifariş prosesini izləmək;
  • Müştəri bazasını genişləndirmək və təkrar sifarişləri təmin etmək;
  • Satış planı və müştəri ziyarətləri üzrə hesabatlar hazırlamaq.

Namizədə tələblər:

  • Aktiv satış və müştərilərlə ünsiyyət bacarığı;
  • Danışıqlar aparmaq və satış imkanlarını müəyyən etmək bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Şəhər üzrə müştərilərə səfər etməyə hazır olmaq;
  • Satış sahəsində təcrübə üstünlükdür. Beauty sahəsində təcrübə mütləq deyil.

Biz təklif edirik:

  • Sabit əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
  • Beynəlxalq brendlə işləmək imkanı;
  • Məhsullar üzrə təlim və peşəkar inkişaf;
  • İnkişaf edən biznesdə uzunmüddətli karyera perspektivi.

Əməkhaqqı 800 - 1000 Azn

Müraciət üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərin və mesajda “Sales Manager” qeyd edin.

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et