Üzgüçülük məşqçisi (Swimming Trainer)
Gym Management Company
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-11-27
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Vəzifə öhdəlikləri
- Müştərilərin üzgüçülük bacarıqlarının və fiziki hazırlığının qiymətləndirilməsi;
- Müxtəlif yaş və hazırlıq səviyyələrinə uyğun fərdi və qrup dərslərinin keçirilməsi;
- Üzgüçülük üslublarının, düzgün nəfəsalma və suya uyğunlaşma texnikalarının öyrədilməsi;
- Dərs zamanı iştirakçıların təhlükəsizliyinə və hovuz qaydalarına riayət edilməsinə nəzarət;
- Fövqəladə hallarda klubun təhlükəsizlik prosedurlarına uyğun operativ tədbirlərin görülməsi;
- Müştərilərin inkişafının izlənilməsi və məşq proqramlarının yenilənməsi.
Namizədə tələblər
- Üzgüçülük üzrə məşqçilik təcrübəsi və müxtəlif üzgüçülük üslublarını tədris etmək bacarığı;
- Suda təhlükəsizlik, xilasetmə və ilkin tibbi yardım üzrə bilik və praktiki bacarıqlar;
- Üzgüçülük məşqçiliyi və xilasetmə üzrə müvafiq sertifikatların olması üstünlükdür;
- Yüksək ünsiyyət və motivasiya bacarığı;
- Məsuliyyətlilik, pozitiv yanaşma və komandada işləmək bacarığı;
- Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.
Biz təklif edirik
- Peşəkar və dinamik iş mühiti;
- Peşəkar inkişaf və təlim imkanları;
- Stabil və uzunmüddətli əməkdaşlıq;
- Namizədin təcrübə və bacarıqlarına uyğun əməkhaqqı.
İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.