Gömrük İşləri üzrə Aparıcı Mütəxəssis

Intransco Transport & Logistics Group

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-11
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Əsas tələblər:

  • Gömrük işi (mütəxəssis) sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • Gömrük Bəyannaməçisi (mütəxəssis) ixtisas sertifikatının olması (mütləqdir);
  • Azərbaycan Respublikasının gömrük qanunvericiliyi və gömrük prosedurları üzrə yaxşı biliklər;
  • Elektron gömrük sistemləri ilə işləmək bacarığı;
  • Məsuliyyətli, operativ və analitik düşüncə tərzinə malik olmaq.

Vəzifə öhdəlikləri:

  • Gömrük prosedurları üzrə bəyannamələrin tərtib olunması və rəsmiləşdirilməsi;
  • Gömrük bəyannamələrinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması və təqdim edilməsi;
  • Mənşə, uyğunluq və digər icazə sənədlərinin əldə olunması prosesinin idarə edilməsi;
  • Dövlət qurumları ilə rəsmi yazışmaların və müraciətlərin hazırlanması;
  • HS kodlarının düzgün müəyyənləşdirilməsi, gömrük prosedurları üzrə gömrük ödənişlərinin hesablanması və peşəkar dəstəyin göstərilməsi;
  • Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra müvafiq sənədlərin hesab-fakturanın (invoice) hazırlanması və kəsilməsi üçün mühasibatlıq şöbəsinə təhvil verilməsi;

İş şəraiti və saatları:

  • Tam ştatlı iş qrafiki: Bazar ertəsi - Cümə, saat 09:00-dan 18:00-dək; Şənbə günü saat 10:00-dan 13:00-dək;
  • Rəqabətədavamlı əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq);
  • Peşəkar komanda ilə iş birliyi, maliyyə və karyera yüksəlişi üçün şərait (hər şey sizin performansınızdan asılıdır).

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və mövzu hissəsində "Gömrük İşləri üzrə Aparıcı Mütəxəssis" qeyd edə bilərlər.

Şirkətin səhifəsində müraciət et