Təmizlik işçisi
The Club Port Baku
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-11-19
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Hesabat xətti - Təmizlik xidmətləri üzrə Qrup rəhbəri
Əsas öhdəliklər
- Gündəlik təmizlik və sanitariya işlərinin yerinə yetirilməsi;
- İş yerində təmizliyin tələb olunan standartlara cavab verməsinin təmin edilməsi;
- Döşəmələrin və pilləkənlərin süpürülməsi, yuyulması və dezinfeksiya edilməsi, mebellərdən tozun silinməsi, zibilin əsas konteynerə yığılması və boşaldılması və s.
Tələb olunan bilik və bacarıqlar
- Qeyd olunan vəzifədə ən azı 1 illik iş təcrübəsi;
- Dürüstlük, təmizkarlıq, ciddilik və məsuliyyətlilik;
- Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı;
- Gigiyena qaydalarından xəbərdar olmaq;
- Aktiv və enerjili;
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) Mövzu hissəsində Təmizlik işçisi qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.