Mexanik-montaj ustası
En Pro Sol MMC
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-11-20
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
İş şəraiti
- İş yeri: Zəngilan şəhəri
- Layihə: Çirkab su təmizləyici qurğuların tikintisi
- Vakansiya sayı: 1 nəfər
- Əməkhaqqı: 1800 AZN NET
Vəzifə öhdəlikləri
- Nasosların, elektrik mühərriklərinin və digər mexaniki avadanlıqların quraşdırılması və montajı.
- Texnoloji boru xətlərinin, flansların, siyirtmələrin, armaturların və digər mexaniki elementlərin montajı.
- Avadanlıqların səviyyələnməsi, mərkəzləşdirilməsi, bərkidilməsi və sazlanması.
- Texniki çertyojların və montaj sxemlərinin oxunması.
- Mexaniki avadanlıqların sınaqlara və istismara hazırlanması.
- İşin tələbatına uyğun olaraq digər boru, metal konstruksiya və ümumi tikinti-montaj işlərinə kömək göstərilməsi.
Namizədə tələblər
- Mexaniki montaj sahəsində minimum 2 il iş təcrübəsi.
- Nasos və mühərrik montajı üzrə praktiki biliklər.
- Texniki çertyojlarla işləmək bacarığı.
- Əl və elektrik alətlərindən təhlükəsiz istifadə bacarığı.
- Komanda ilə işləmək, məsuliyyət və intizam.
- Əsas ixtisasından əlavə, digər sahə işlərində iştirak etməyə hazırlıq.
Şirkət tərəfindən təmin edilir
- Rəsmi əmək müqaviləsi.
- Tikinti düşərgəsində yaşayış.
- Gündə 3 dəfə qidalanma.
- İş geyimi və fərdi mühafizə vasitələri.
- İş üçün tələb olunan alət və avadanlıqlar.
İş rejimi: Layihənin təsdiq olunmuş iş qrafikinə uyğun ayda 4 istirahət günü.
Əlaqə: +994 10 236 76 57
Müraciət zamanı iş təcrübənizi və əvvəl iştirak etdiyiniz layihələri qeyd etməyiniz xahiş olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.