Biznesə nəzarət və Analitika Departament müdiri

Veysəloğlu Şirkətlər Qrupu

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-24
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Namizədə olan əsas tələblər

  • Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi (magistr, MBA, CFA və ya CIMA üstünlükdür); 
  • Biznes analitikası, biznes nəzarəti, FP&A, kommersiya maliyyəsi vsahəsində 5 il rəhbərlik və ya liderlik vəzifəsi təcrübəsi;
  • Qabaqcıl maliyyə modelləşdirməsi və investisiya qiymətləndirməsi bacarıqları, pərakəndə satış iqtisadiyyatı və distribüsiya modelləri üzrə güclü anlayış, maliyyə və əməliyyat KPI-ları, , proqnozlaşdırma və dövriyyə kapitalının idarə olunması üzrə mükəmməl biliklər;
  • Excel və PowerPoint üzrə yüksək səviyyə, Power BI və ya digər BI platformaları ilə praktiki təcrübə, ERP sistemləri və böyük verilənlərin təhlili bacarığı;
  • Güclü strateji düşüncə, kommersiya duyumu və nəticəyönümlü analitik yanaşma,  maraqlı tərəflərlə işləmə, güclü kommunikasiya və təqdimat bacarıqları;

Əsas vəzifə öhdəlikləri

  • Qrup üzrə biznes analitikası çərçivəsini və performansın idarə olunması sistemini qurmaq,standart hesabat strukturları, dashboard-lar və əməliyyat KPI-ları yaratmaq, pərakəndə və distribüsiya bizneslərinin performansını izləyərək rəhbərliyə strateji tövsiyələr vermək;
  • Biznes nəzarəti və monitorinq mexanizmlərini gücləndirmək, büdcə-fakt və proqnoz-fakt təhlillərinə (gəlir, marja, xərclər, EBITDA, pul axını və dövriyyə kapitalı) rəhbərlik etmək, kənarlaşmaların səbəblərini araşdırıb düzəldici addımlar təklif etmək;
  • İnvestisiya təkliflərini, CAPEX layihələrini, biznesin genişləndirilməsi və infrastruktur investisiyalarını qiymətləndirmək, texniki-iqtisadi əsaslandırmalar aparmaq, biznesin qiymətləndirilməsi və investisiya sonrası performansı izləmək;
  • Analitika funksiyasının metodologiyalarını, alətlərini və standartlarını inkişaf etdirmək, biznes vahidləri üzrə analitika komandalarını koordinasiya etmək, məlumat əsaslı mədəniyyəti, hesabatların avtomatlaşdırılmasını, dashboard hazırlanmasını və BI alətlərinin tətbiqini gücləndirmək;

İş Şərtləri:

  • İşçi və onun ailə üzvləri üçün özəl tibbi sığorta paketi.
  • Əmək haqqı daxili prosedura və dərəcələndirmə sisteminə əsasən müəyyən edilir;
  • İllik bonus İlin sonunda əldə olunan nəticələrə, KPI hədəflərinə əsasən;
  • Korporativ mobil nömrə və tarif paket;
  • Şirkət tərəfindən təmin olunan nahar;
  • Push30 platformasına abunəlik (İllik abunə haqqına 50% endirim);
  • Şirkət tərəfindən təqdim olunan avtomobil yanacaq kartı;

Ünvan: Azure Biznes Mərkəzi

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Biznesə Nəzarət və Analitika Departament Müdiri ” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et