Sosial Media Marketinqi üzrə Aparıcı Mütəxəssis

Decoliv

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-25
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

Decoliv komandamıza Sosial Media Marketinqi üzrə Aparıcı Mütəxəssis axtarırıq!

Brendimizin rəqəmsal platformalarda mövqeyinin gücləndirilməsi, sosial media strategiyasının hazırlanması və yaradıcı kontentin idarə olunması istiqamətində təcrübəli komanda yoldaşı axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin sosial media strategiyasına əsasən həftəlik və aylıq kontent plan hazırlamaq;
  • Instagram, Facebook, TikTok, LinkedIn və digər sosial media platformalarının idarə olunmasını təmin etmək;
  • Brendin vizual və kommunikasiya üslubuna uyğun kreativ kontent ideyaları hazırlamaq;
  • Foto, video, Reels və digər rəqəmsal kontentlərin hazırlanması və prosesi koordinasiya etmək;
  • Sosial media reklam kampaniyalarını planlaşdırmaq, idarə etmək və optimallaşdırmaq;
  • Meta Ads Manager və digər reklam platformaları üzərindən hədəfli reklam kampaniyaları həyata keçirmək;
  • Sosial media göstəricilərini (Reach, Engagement, CTR, Conversion və s.) təhlil etmək və hesabatlar hazırlamaq;
  • İzləyicilərlə kommunikasiyanı və sosial media üzərindən daxil olan müraciətlərin idarə olunmasını təmin etmək;
  • Influencer və kontent yaradıcıları ilə əməkdaşlıqları təşkil etmək;
  • Aylıq sosial media hesabatlarını hazırlamaq və inkişaf təklifləri vermək.

Namizədə dair tələblər

  • Marketinq, biznesin idarə edilməsi, kommunikasiya və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Sosial media marketinqi sahəsində minimum 2 il iş təcrübəsi;
  • Instagram, Facebook, TikTok platformalarının idarə olunması üzrə praktiki biliklər;
  • Kontent strategiyasının və sosial media planlarının hazırlanması bacarığı;
  • Sosial media analitikası və KPI-ların ölçülməsi üzrə biliklər;
  • Kreativ düşünmə, güclü kommunikasiya və analitik təhlil bacarığı;
  • Komanda ilə işləmək, vaxtı düzgün idarə etmək və paralel layihələri koordinasiya etmək bacarığı;
  • Pərakəndə satış (Retail) sektorunda iş təcrübəsi;
  • E-commerce və rəqəmsal marketinq kampaniyaları üzrə təcrübə;
  • Influencer marketing və UGC layihələrinin idarə olunması;
  • Foto və video çəkilişlərinin təşkili üzrə praktiki bacarıqlar.

Biz nə təklif edirik?

  • Rəqabətli əməkhaqqı;
  • Nahar təminatı;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Dinamik və yaradıcı iş mühiti.

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində “Sosial Media Marketinqi üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Şirkətin səhifəsində müraciət et