Layihənin baş memarı

ArchiCO

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-09-26
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

İş şəraiti

  • İş yeri: Bakı
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
  • İş qrafiki: I-V günlər, 

İşin təsviri:

  • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Müfəssəl planlar,baş planların relyefinin təşkili və topraq kütləsi planın hesabatının icra edilməsi;
  • İlkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəfləri idarə etmək;
  • Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
  • Tamamlanmış layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək;
  • Layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək;
  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;

Tələblər:

  • Yaş: 35- 55 yaş;
  • Memarlıq  sahəsində ali təhsil.
  • Memarlıq sahəsində 10 il və daha artıq iş təcrübəsi..
  • AutoCAD proqramında yüksək səviyyədə işləmə bacarığı (Revit, SketchUp, 3ds Max, Photoshop və digər memarlıq proqramlarını bilmək arzuolunandır);
  • Yaradıcı və yeni dizayn konsepsiyalarını yaratmaq bacarığı.
  • Layihələndirmə bacarıqları - layihələrin eskizlərini, planlarını və 3D modellərini hazırlamaq bacarığı.
  • Komanda daxilində effektiv işləmə və ünsiyyət bacarıqları.
  • Azərbaycan dili ilə yanaşı, ingilis və ya rus dillərini bilmək arzuolunandır.
  • Punktual və məsuliyyətli olması;
  • Komanda ilə işləmək bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Layihənin Baş Memarı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Şirkətin səhifəsində müraciət et