Logistika assistenti
Ram Holding
Vakansiya məlumatları
- ONSITE
- CONTRACT
- Azerbaijan
- Yoxlanılıb 2026-11-19
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Namizədə tələblər:
- Ali təhsil (logistika, biznesin idarə edilməsi, iqtisadiyyat və əlaqəli sahələr üzrə)
- Azərbaycan dili — sərbəst, İngilis dili — yüksək səviyyə, Rus dili — arzuolunandır
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı
- Analitik düşüncə və problemləri operativ həll etmə bacarığı
- Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.
Əsas vəzifə öhdəlikləri:
- İstehsalçılarla yükün həcmi, çəkisi, yükləmə ünvanı və digər daşınma məlumatlarının dəqiqləşdirilməsi
- Daşıyıcılara qiymət sorğularının (RFP) göndərilməsi
- Daşıma müqavilələrinin hazırlanması
- Yük sənədlərinin tələb edilməsi, yoxlanılması və hazırlanması
- İnvoys, Packing List, CMR, etibarnamə və digər müvafiq sənədlərin tərtibi
- Daşınma prosesinin təşkili və yükün təyinat məntəqəsinə çatdırılmasının izlənilməsi
- Daşınma üzrə ödəniş müraciətlərinin hazırlanması və ödənişlərə nəzarət.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30–17:30;
- İş yeri: Port Baku Tower 2;
- Nahar şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Logistika assistenti” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2697&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.