Middle DevOps Engineer
TuranBank ASC
Vakansiya məlumatları
- ONSITE
- INTERNSHIP
- Azerbaijan
- Yoxlanılıb 2026-09-29
- Mənbə: JobSearch.az public vacancy listings
İş barədə məlumat
Əsas vəzifə öhdəlikləri:
- Bank üzrə CI/CD proseslərinin sıfırdan qurulması və idarə edilməsi;
- Development, Test, UAT və Production mühitləri üçün avtomatlaşdırılmış deployment proseslərinin yaradılması;
- DevOps proseslərinin standartlaşdırılması və avtomatlaşdırılması;
- Docker, Kubernetes və “Infrastructure as Code” həllərinin tətbiqi;
- “Monitoring”, “Logging” və “Alerting” sistemlərinin qurulması;
- DevSecOps prinsiplərinin CI/CD proseslərinə inteqrasiya edilməsi;
- “Secrets Management”, “vulnerability scanning” və təhlükəsiz deployment proseslərinin təşkili;
- Production mühitlərinin dayanıqlılığı, yüksək əlçatanlığının və performansının təmin edilməsi;
- Backup, Disaster Recovery və rollback mexanizmlərinin qurulması;
- Development, QA, IT Infrastructure və Information Security komandaları ilə koordinasiyanın təşkili.
Namizədə tələblər:
- Ali təhsil (tətbiqi riyaziyyat, informatika, kompüter elmləri və s.);
- DevOps sahəsində azı 2 il praktiki iş təcrübəsi;
- Git və versiya idarəetmə sistemləri ilə praktiki iş təcrübəsi;
- CI/CD prosesləri və onların qurulması haqqında praktiki bilik;
- Jenkins, GitLab CI/CD** və ya analoji alətlərdən biri ilə iş təcrübəsi;
- Docker ilə praktiki iş təcrübəsi;
- Proqram təminatının müxtəlif mühitlərə (Development, Test, UAT, Production) yerləşdirilməsi (Deployment) prosesləri haqqında praktiki anlayış;
- Build, deployment və release proseslərinin avtomatlaşdırılması üzrə təcrübə;
- Bash və ya digər skript dilləri üzrə baza səviyyəsində bilik;
- Linux əməliyyat sistemi üzrə bilik;
- Monitoring və logging prinsipləri haqqında anlayış;
- Proqram təminatının hazırlanması və istifadəyə verilməsi həyat dövrü (SDLC) haqqında anlayış;
- Proqramlaşdırma komandası ilə birgə işləmək və texniki problemləri həll etmək bacarığı;
- Analitik düşüncə və problem həll etmə bacarığı.
Üstünlük verilir:
- Kubernetes ilə iş təcrübəsi;
- Terraform və ya digər Infrastructure as Code (IaC) alətləri ilə tanışlıq;
- Java, C# və ya digər proqramlaşdırma dilləri ilə hazırlanmış tətbiqlərin build və deployment prosesləri ilə işləmək təcrübəsi;
- Monitoring və logging alətləri ilə praktiki iş təcrübəsi;
- Bank və ya digər kritik informasiya sistemlərində DevOps təcrübəsi.
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Oxşar vakansiyalar
- Senior Manager, Statistics at Abbvie
- Senior Manager, Statistics at Abbvie
- Praktikum / Abschlussarbeit (all genders) im Bereich R&D Process Engineering at Abbvie
- HSO India | Lead Service Delivery Manager (D365 FinOps & CE, Azure, Managed Services, Power Platform) | 10+ Years at HSO Group B.V.
- Senior Business Systems Validation Engineer at Abbvie
- Lead Software Engineer, FundsCore at Grab