Metal qaynaq ustası

En Pro Sol MMC

Vakansiya məlumatları

  • ONSITE
  • INTERNSHIP
  • Azerbaijan
  • Yoxlanılıb 2026-11-20
  • Mənbə: JobSearch.az public vacancy listings

İş barədə məlumat

İş şəraiti

  • İş yeri: Zəngilan şəhəri
  • Layihə: Çirkab su təmizləyici qurğuların tikintisi
  • Vakansiya sayı: 1 nəfər
  • Əməkhaqqı: 1 800 AZN NET 

Vəzifə öhdəlikləri

  • Metal konstruksiyaların, dayaqların, karkasların və digər metal elementlərin hazırlanması və qaynağı.
  • Metal boruların və birləşmə elementlərinin qaynaq edilməsi.
  • Layihə çertyojlarına uyğun metal konstruksiyaların ölçülməsi, kəsilməsi və yığılması.
  • Qaynaq avadanlıqlarının sazlanması və düzgün istifadəsi.
  • Qaynaq tikişlərinin keyfiyyətinin yoxlanılması və qüsurların aradan qaldırılması.
  • Qaynaq işləri ilə yanaşı, metal konstruksiyaların montajında, boru və digər ümumi tikinti-montaj işlərində iştirak.

Namizədə tələblər

  • Qaynaq sahəsində minimum 2 il praktiki iş təcrübəsi.
  • Elektrik qaynağı (MMA) üzrə bilik və bacarıqlar.
  • MIG/MAG və TIG qaynaq üsullarını bilmək üstünlükdür.
  • Metal kəsmə, ölçmə və yığma bacarıqları.
  • Texniki çertyojları oxumaq bacarığı.
  • Qaynaq təhlükəsizliyi qaydalarına riayət etmək.
  • Digər sahə işlərində komandaya kömək etməyə hazırlıq.

Şirkət tərəfindən təmin edilir

  • Rəsmi əmək müqaviləsi.
  • Tikinti düşərgəsində yaşayış.
  • Gündə 3 dəfə qidalanma.
  • İş geyimi və fərdi mühafizə vasitələri.
  • Qaynaq avadanlıqları və iş alətləri.

İş rejimi: Layihənin təsdiq olunmuş iş qrafikinə uyğun ayda 4 istirahət günü.

Əlaqə: +994 10 236 76 57

Namizədlərdən əvvəlki qaynaq təcrübələri və istifadə etdikləri qaynaq üsulları barədə məlumat vermələri xahiş olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şirkətin səhifəsində müraciət et